Batya bu tarixdə müharibə qərarını verəcək

08:18 - 17 Yanvar 2023 - GÜNDƏM

 Batya bu tarixdə müharibə qərarını verəcək

Rusiya Prezidenti Vladimir Putin Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışır.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna ordusunun polkovniki Roman Kostenko deyib.

O qeyd edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun buna razı olub-olmayacağı yazda məlum olacaq:

"Hazırda orada təlim keçənlər bizə qarşı istifadə edilə bilər. Biz orada keçirilən təlimlərin necə başa çatdığını artıq görmüşük. Ruslar Belarusdan daim istifadə edirlər. İndi Rusiya və Ukrayna ordusu yaz kampaniyasına hazırlaşır. Ukrayna ehtiyatlar hazırlayır, tərəfdaşlar texnika tədarük edir. Bizim əsas vəzifəmiz daha güclü hərəkətlərin başlanacağı yaz kampaniyasına hazır olmaq üçün müdafiəni saxlamaqdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol