Əməkdar artist Bəhram Bağırzadə regionlardan Bakıya gələnlərin şəhər həyatına uyğunlaşa bilməməsi haqqında fikirlərinə özü münasibət bildirib.
Kult.az xəbər verir ki, Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında sözügedən fikirlərin 5 il əvvələ aid olduğunu deyib.
"Bu fikirlər 5 il bundan əvvəl işlədilib. Niyə indi üzə çıxarırlar, başa düşə bilmirəm. Mən özüm Bakıda deyildim, təzəlikcə şəhərə gəlmişəm. Bu barədə geniş danışmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, kim nə istəyir, etsin. Getsin, “Mirvari” kafesinin damına çıxsın, atəşfəşanlığa baxsın. Getsin, Üzeyir Hacıbəylinin heykəlinə qaloş atsın. Kim istəyir getsin, Hacı Zeynalabdin Tağıyevin heykəlinin təsbehini sındırsın. Mən nə edim?", - əməkdar artist vurğulayıb.
Bəhram Bağırzadə bu mövzuda əlavə fikrinin olmadığını deyib:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
"Mən artıq heç kimə heç nə deyən deyiləm. Heç kimdən də çəkinmirəm. Çünki vətənimi sevən insanam. Tək Bakını yox, ümumiyyətlə Azərbaycanı, hər kəndimizi, hər rayonumuzu sevirəm. 30-cu illərdə babalarım, nənələrim dağ kəndlərindən Bakıya gəliblər. Amma onlar heç vaxt ağıllarına da gətirməyiblər ki, gedib hansısa restoranın, kafenin damına çıxsınlar. Yaxud heykələ ayaqqabı atsınlar, küçədə söyüş söysünlər, biədəb formada özlərini aparsınlar. Belə şeylər biz görməmişdik. Son illər bu cür hallar baş verir. Mən çox üzülürəm bu məsələlərdən. Gələcək nəsil necə olacaq?! Necə onları tərbiyə edəcəyik? Söhbət bundan gedir”.
Qeyd edək ki, Bəhram Bağırzadənin bu fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb: "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...