Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında planlaşdırılan quru hərbi əməliyyatının vaxtını açıqlamaqdan imtina edərək, vaxt çatdıqda lazımi addımların atılacağını deyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “Faynənşl Tayms”a müsahibəsində bildirib.
“Vaxt və yer uyğun olduqda, keçmişdə etdiyimiz kimi, lazımi tədbirləri görəcəyik”, - Akar qeyd edib.
Nazir vurğulayıb ki, əməliyyat Türkiyə sərhədlərini müdafiə edəcək, Suriyanı parçalamağa çalışan və təkcə Ankarada deyil, bütün Yaxın Şərqdə qeyri-sabitlik yaradıb, siyasi quruma çevrilə biləcək terror dəhlizinin qarşısını alacaq.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...