“Xanımların "tiktok"a girməsini onlara yaraşdırmıram” - Türkan

00:04 - 15 Yanvar 2023 - MAQAZİN

 “Xanımların

Müğənni Türkan Vəlizadə "TikTok" sosial şəbəkəsinə girən xanımları tənqid edib.

BUTA.TV xəbər verir ki, müğənni bu haqda "Həyat tərzi" verilişində danışıb.

O bildirib ki, indi müğənnilər də TikTok-da məşhurlaşan mahnılar oxuyurlar: "Bu, platforması biabırçılıqdır. Müğənni var deyir ki, görəsən bu mahnını ifa etsəm TikTok-da məşhurlaşacaq, partlayacaq? Bu nə deməkdir? Normal bir hal deyil. TikTok-da canlı yayımlar açırlar. Baxırsan onlara, biabırçılıqdır. Uşağın əlindən telefonu almaq istəyirsən. Evdə ana, atanın onlara baxmasını istəmirsən. Hətta özün onlara baxmağa utanıb, biabır olursan ki, bu nədir belə...

Kişilərin TikTok-a girməsini yenə anlayıram və normal qarşılayıram. Lakin xanımların girməsini onlara yaraşdırmıram. Olmaz".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol