Azərbaycan Televiziya və Radio Verilişləri QSC 2022-ci illə bağlı ənənəvi hesabatını yayıb.
BUTA.TV xəbər verir ki, qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV-də 2022-ci ildə ümumilikdə 17 adda yeni veriliş yayımlanmağa başlayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara, həmçinin dövlət və rəsmi səfərlərindən hazırlanmış xüsusi buraxılışlar efirə verilib, videoçarxlar hazırlanaraq müxtəlif resurslarda paylaşılıb.
İlham Əliyev 2022-ci ilin may ayının 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb, işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.
Sərəncam QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Beynəlxalq Radionun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə imzalanıb.
2022-ci ilin birinci yarısında Teleradio Akademiyasından 85 müdavim məzun olub. Növbəti tədris ilində müsahibələrdən uğurla keçən 53 müdavim təhsilini davam etdirir.
Cari ildə 138 nəfər QSC-də işlə təmin edilib, 208 nəfər işdən azad edilib. Təqaüd yaşına çataraq işdən azad edilmiş işçilərin sayı isə 49 nəfərdir.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır