Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Rauf Qurbanov deyib.
O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib:
“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi