ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir. London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ, Fransa və Britaniyanın Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verməsi haqda yayılan məlumatı şərh edərkən deyib.
O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi:
“Bayden son ana qədər məsələni uzatdı. Vitse-prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirilməsi icazəsini o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden prezident seçilən Donald Trampa son “pisliyini” etdi. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb. O, yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı. Andiçmə mərasiminə hələ iki ay var, Ukrayna bu müddətdə Baydendən aldığı icazə ilə Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək. Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu, Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə Amerikada Trampa qarşı ittihamlar artacaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Co Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır”.
- Müəllimlərin maaşı artdı
- Azərbaycanlı qadın Türkiyədə güllələndi - VİDEO
- Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Ermənistan daha 78 ədəd ATAGS alır - Təcili
- Millət vəkilindən mühüm: Maaşlar daha çox arta bilər
- “Bu halda məğlub olacağıq” - Zelenski
- Rusiyanın qarşısıalınmaz raketi: 10 dəqiqəyə Kiyevə çatır!
- Antonio Quterreş Bakı gəldi