Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.
“BUTA.TV” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub.
Məhkəmə həmçinin qərara alıb ki, mütləq etibarsızlığa əsaslanan ləğvetmə qərarına görə, həmin tarixdən sonra partiya daxilində keçirilən bütün növbədənkənar və fövqəladə qurultaylar və həmin qurultaylarda qəbul edilmiş bütün qərarlar da etibarsızdır.
- Bakı–Tiflis–Bakı marşrutu üzrə bilet satışı başladı
- Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa...
- Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var
- Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
- Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq
- Əli Əsədov Türkmənistanda səfərdədir
- Saniyəölçən yox, təcrübə lazımdır - Avropa bu süfrədən danışır+Video
- Leyla Əliyeva Esvatini kralı ilə görüşdü