Mayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.
BUTA.TV xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, bu gün günorta saatlarında bölgədə başlayan yağıntı qısa müddətdə intensiv xarakter alıb. Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.
Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə fəaliyyətini davam etdirir. Həmçinin yaşayış məntəqələrində infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib.
- COP29 kimi WUF13 də uğurla təşkil edildi - Əliyev
- Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu
- Prezident Quterreşin müavinini qəbul etdi - Fotolar
- Buxarestdə Müstəqillik Günü ilə bağlı tədbir keçirildi
- III Çarlz Prezidentə məktub göndərdi
- Faktiki hava şəraiti açıqlandı
- “Səsiniz olaq” xidməti: artıq 650-dən çox şəxs faydalanıb
- "Liderlərin İnkişafı Proqramı" uğurla yekunlaşdı