Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qısamüddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.
- COP29 kimi WUF13 də uğurla təşkil edildi - Əliyev
- Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu
- Prezident Quterreşin müavinini qəbul etdi - Fotolar
- Buxarestdə Müstəqillik Günü ilə bağlı tədbir keçirildi
- III Çarlz Prezidentə məktub göndərdi
- Faktiki hava şəraiti açıqlandı
- “Səsiniz olaq” xidməti: artıq 650-dən çox şəxs faydalanıb
- "Liderlərin İnkişafı Proqramı" uğurla yekunlaşdı