“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı - Meneceri açıqladı

16:01 - 20 May 2026 - İDMAN

 “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı - Meneceri açıqladı

“Qarabağ” Qurban Qurbanovun intizamsızlığa görə əvəzedici heyətə göndərdiyi Elvin Cəfərquliyevi satmaq istəyir.

Bu barədə “BUTA.TV”ya onun agenti Tural Əsgərov məlumat verib. 

O bildirib ki, E.Cəfərquliyevin Ağdam klubundan ayrılmaq ehtimalı böyükdür: “Qarabağ” onun transferə çıxarılmasına razılıq verdi və biz bu barədə başqa klublarla danışıqlar aparırıq. Amma hazırda razılaşdığı və ya anlaşdığı heç bir klub yoxdur. Əgər hər hansısa klubla razılığa gəlsək, “Qarabağ”la da transfer məbləğində anlaşsaq, bu keçid baş tutacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol