Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.
Səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 21-də axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 23° isti olacaq.
- ADY əməkdaşları gürcüstanlı həmkarlarına təlim keçir
- Qarabağ Universitetində 6 yeni ixtisas üzrə tələbə qəbulu...
- Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq
- Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq - Rəsmi
- Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
- NK-dan Gürcüstana sərnişindaşıma ilə bağlı qərar
- Nazir Könül Abaslını vəzifəsindən azad etdi - Foto
- Tbilisidə biletlərin yoxlanılması və qeydiyyatı test ediləcək