Sosial şəbəkələrdə Salyan rayonunun Salyan və Babazanlı yaşayış massivini birləşdirən körpüdə dəmirlərin bir-birindən ayrıldığı ilə bağlı görüntülər yayılıb. Sakinlərin fikrincə, həmin hissə qırılıb və təhlükə yaradır.
Məsələ il bağlı BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, həmin hissə qırıq deyil, dəmir tutacaqdır və kimsə tərəfindən yerindən çıxarılıb.
“Bu, körpünün problemli olması anlamına gəlmir, çünki həmin hissə körpünün daşıyıcı konstruktiv elementi hesab olunmur. Müvafiq tapşırıq veriləcək və əməkdaşlar tərəfindən həmin hissə yerinə bərpa olunacaq”, - məlumatda vurğulanıb.
- Nazir Könül Abaslını vəzifəsindən azad etdi - Foto
- Prezident bu quruma yeni səlahiyyət verdi
- Pensiyaçılara şad xəbər
- İTV-nin yeni baş direktorunun seçiləcəyi tarix məlum oldu
- İlham Əliyev fərman imzaladı
- İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə!
- Həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam
- Prezident sərəncam imzaladı