Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərinin Xəzər, Sabunçu və Qaradağ rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Müşavirələrdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.
Tədbirlərdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.
Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.
- Nazir Könül Abaslını vəzifəsindən azad etdi - Foto
- Prezident bu quruma yeni səlahiyyət verdi
- Pensiyaçılara şad xəbər
- İTV-nin yeni baş direktorunun seçiləcəyi tarix məlum oldu
- İlham Əliyev fərman imzaladı
- İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə!
- Həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam
- Prezident sərəncam imzaladı