Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi

18:06 - 12 May 2026 - GÜNDƏM

 Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün “Tanıma və güvən” layihəsi çərçivəsində rəqs məşğələləri təşkil olunub.

BUTA.TV xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihənin məqsədi uşaqların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsidir.

Proqram çərçivəsində uşaqlarla idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib.

Layihənin müəllifi və rəhbəri idman ustası, peşəkar rəqqas və pedaqoq Ruslan Tolmaçov məşğələlər zamanı uşaqlarda ritm duyumu, koordinasiya, komanda işi, səhnə davranışı və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirib.

“Tanıma və güvən” layihəsinin davam etdirilməsi nəzərdə tutulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol