Yanan anbarlar bu şirkətlərə məxsusdur - Rəsmi - Yenilənib

12:47 - 12 May 2026 - GÜNDƏM

 Yanan anbarlar bu şirkətlərə məxsusdur - Rəsmi - Yenilənib

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. 

BUTA.TV” xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

***

Hadisə ilə bağlı “Birmarket” də məlumat yayıb. Elektron ticarət platformasının tətbiqində müştərilərə bildiriş göndərilərək, yanğın zamanı onlara məxsus anbara da zərər dəydiyi, bu səbəbdən sifariş və çatdırılmalarda gecikmələrin ola biləcəyi qeyd edilib.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol