Lökbatanda yanğın: "Birmarket"ə məxsus anbara da zərər dəydi

13:33 - 12 May 2026 - GÜNDƏM

 Lökbatanda yanğın:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğında "Birmarket"ə məxsus anbara da zərər dəyib.

BUTA.TV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol