Lənkəranda sexdə partlayış: yaralanan var

18:00 - 19 Aprel 2026 - GÜNDƏM

 Lənkəranda sexdə partlayış: yaralanan var

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Füzuli küçəsindəki "Kürə" deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol