Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı

14:06 - 16 Aprel 2026 - GÜNDƏM

 Kartdan pul oğurlayan

Bakıda özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol