Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsində "Çevikçi" kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub.
Bu barədə BUTA.TV-a DSX-dən məlumat verilib.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxışında bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəldib və bu strategiyanın tərkib hissəsi olaraq DSX-nin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilib.
Bildirilib ki, DSX-nin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin "Çevikçi" kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə onların peşəkarlığının, döyüş hazırlığının və vətənə sədaqətinin rəmzidir.
Beretləri qəbul edən hərbi qulluqçular dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, vətənin müdafiəsinə hər an hazır olacaqlarına, bu amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içiblər.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü