Məktəblərdə neçə gün dərs olmayacaq?

19:50 - 16 Mart 2026 - CƏMİYYƏT

 Məktəblərdə neçə gün dərs olmayacaq?

Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar məktəblərdə 11 gün dərs olmayacaq.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp İranla müharibədə məğlub olacaq

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Beləliklə, bayramlardan sonra məktəblərdə ilk dərs günü martın 31-də olacaq.

Qeyd edək ki, ümumilikdə isə şənbə və bazar günləri (1, 7, 14, 15 mart), 8 Mart, Novruz və Ramazan bayramları nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-iş günü qeydə alınacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol