Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...

19:42 - 16 Mart 2026 - GÜNDƏM

 Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...

Tiflis prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə ərazi yeni görkəm alacaq.

Qeyd edilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və "20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxış təmin edilir:

Bu xəbər hal-hazırda çox oxunur
Tramp İranla müharibədə məğlub olacaq

"Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tiflis prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qalxacaq.

Həmçinin Tiflis prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılır.

Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birgə icra edilir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol