Sabah bu rayonda qaz olmayacaq

18:10 - 16 Mart 2026 - GÜNDƏM

 Sabah bu rayonda qaz olmayacaq

Şəmkir rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin Kür QPS-dən qidalanan diametri 325 mm olan Kür qəsəbə qaz kəmərində Təmiz Qaz QSC tərəfindən qaz sızması və itki aşkar edilib.

Aşkarlanan nasazlığın aradan qaldırılması məqsədilə 17 mart 2026-cı il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp İranla müharibədə məğlub olacaq

Qaz verilişi işlər yekunlaşanadək dayandırılacaq. Fasilə müddətində Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Ümumilikdə 3369 abonentin qaz təminatında fasilə olacağı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol