Ramazan və Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əhalinin içməli su təchizatında fasilələrin yaranmaması üçün bütün zəruri tədbirlər görüləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Su Təchizatı QSC-dən bildirilib.
Məlumata görə, qarşıdan gələn bayram günləri ilə əlaqədar qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təşkil olunacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.
- Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...
- Horovlu kəndində əmək yarmarkası keçirildi
- Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
- Azıx mağarasının inkişaf konsepsiyası təqdim olundu
- Sabah bu rayonda qaz olmayacaq
- Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!
- Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu
- Samir Nuriyev Xocavəndin Baş planı ilə tanış oldu - Foto