Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
- Sabahın hava proqnozu açıqlandı
- Bu rayonlara qar yağdı – Faktiki hava
- Tovuzda ana körpəsini tanımadığı şəxsin evinə qoyaraq qaçdı
- Ağcabədidə ağır qəza: 4 nəfər yaralandı
- Zərdabdan Bakıya narkotik gətirən 65 yaşlı şəxs saxlanıldı
- Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan
- Bakıda yaşayış binasında yanğın - Video
- Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...