Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

23:00 - 6 Mart 2026 - GÜNDƏM

 Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da, buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar gücləndirilib. Qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

BUTA.TV Milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov bildirib ki, əgər vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, mütləq İcra Hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır:

"Qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədikdə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, 30 manat məbləğində cərimə oluna bilərsiniz. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müvafiq nəzarəti DİN həyata keçirir.

Qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdə 10 gün müddətinə müvafiq orqana müraciət edib qeydiyyata düşməlidir".

Qeyd edək ki, evinin çıxarışı olmayan şəxslər də yaşayış yeri üzrə qeydiyyata düşə bilərlər. Bunun üçün onlar E-polis mobil tətbiqinə onlayn şəkildə müraciət edərək qeydiyyat prosesini rahat və operativ şəkildə həyata keçirə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol