Bu tuneldə hərəkət məhdudlaşdırılır

22:34 - 6 Mart 2026 - GÜNDƏM

 Bu tuneldə hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Nərimanov rayonu, Bağırov körpüsünün tunel hissəsində (Koroğlu metro stansiyası istiqamətində) aparılacaq təmizlik işləri ilə əlaqədar olaraq şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır.

BUTA.TV xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar olaraq 7 mart saat 08:00-dan 8 mart saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq:

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol