Bakıda bəzi məhsulların satışı həyata keçirilən köşklər son zamanlar ya bağlı olur, ya da sökülüb başqa yerə aparılır. Səbəb isə yollarda edilən bəzi dəyişikliklərdir.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, satıcılar alverin 2-3 dəfə azaldığını bildiriblər.
Ziyana işlədiyini görən şəxslər isə obyekti bağlamağı seçiblər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, mümkün yerlərdə vətəndaşların və biznes subyektlərinin istəkləri nəzərə alınaraq xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinlərinə qısamüddətli minib-düşmək üçün şərait yaradılıb.
Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib və təhlillərin nəticəsinə uyğun olaraq proses davam etdirilir. Minik avtomobilləri ətrafda yaradılan parklanma yerləri, kəsişən, birləşən küçələrdəki münasib yerlərdə nəqliyyat vasitələrini saxlaya bilərlər.
Qeyd edək ki, sözügedən köşklərin yerləri dəyişilə biləndir. Bu səbəbdən həmin obyektlər nəqliyyata mane olmayan yerlərdə quraşdırıla bilər.
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur
- Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?
- Martın ilk günü hava necə olacaq?
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı
- Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər...