Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...

14:26 - 27 Fevral 2026 - GÜNDƏM

 Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...

Cari ilin iyununa qədər hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs müəyyənləşdiriləcək.

BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

Sərəncama əsasən, 2026-cı ilin iyununa qədər aidiyyətu qurumlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, Sİ və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin təsbit edilməsi və onun fəaliyyətinin müvafiq sahələr üzrə müəyyən edilmiş strateji hədəflərlə əlaqələndirilməsini təmin etməlidir.

Məsul şəxslərin vəzifə təlimatlarının yenilənməsi və hər bir qurum üçün “ƏFG kartı” (xidmətlərin rəqəmsallaşma faizi, kiberinsidentlərin sayı və s.) təsdiq ediləcək. Eyni zamanda rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə mütəxəssislərin dövlət qurumlarında əməkhaqqı sisteminə yenidən baxılması Məsul şəxslərin performansının bu ƏFG-lər əsasında rüblük qiymətləndirilməsi üçün RİNN tərəfindən idarəetmə panelinin istismara verilməsi Məsul şəxslərin mükafatlandırılması və fəaliyyətinin davamlılığının hədəflərə çatma dərəcəsindən asılı hala gətirilməsi təmin ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol