Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir

13:42 - 27 Fevral 2026 - GÜNDƏM

 Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırda əlilliyi olan 6100 şəxsə evlərində (səyyar) reabilitasiya xidmətləri göstərilir.

BUTA.TV xəbər verir ki, onlar yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslərdir.

Həmin şəxslər həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. xidmətlərlə evlərində təmin olunurlar.

Qeyd edilən kateqoriyaya aid olan və səyyar reabilitasiya xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxslər (və ya qanuni nümayəndələri) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər.

Müraciətlə bağlı olaraq Agentliyin həkim və psixoloqlarından ibarət səyyar briqadası onların evlərinə gələrək, ilkin müayinə və qiymətləndirmə aparır. Əlilliyi olan şəxsin faktiki vəziyyəti səyyar xidmət göstərilməsi üçün nəzərdə tutulan diaqnozlara aid olduqda ona fərdi plan əsasında evində (səyyar) reabilitasiya xidmətləri göstərilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol