Bu ilin yanvarında Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılan Ülvi Hüseynlinin səlahiyyətləri onun müavini Fazil Məmmədova tapşırılıb.
BUTA.TV xəbər verir ki, məlumatı Teleqraf-a açıqlamasında Fazil Məmmədov təsdiq edib.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Fazil Məmmədov Naxçıvan Ali Məclisinin Aparat rəhbərinin müavini vəzifəsinə 2025-ci ilin aprelində təyin olunub. Ülvi Hüseynli isə Aparat rəhbəri vəzifəsinə 2020-ci ildə gətirilmişdi.
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı
- Baş nazir bu rəhbər şəxsləri topladı - İclas
- Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli
- Şamaxıda güclü zəlzələ: xəsarət alan var?
- AMEA-da yatanlarla, plagiatlarla hara gedirik? - Sabiq deputat
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır