Nyu York meri Zöhran Məmdani ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra federal miqrasiya agentləri tərəfindən saxlanılan azərbaycanlı tələbə Elmina Ağayeva sərbəst buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, cümə günü Nyu Yorkda federal miqrasiya agentləri Kolumbiya Universitetinin kampusunda azərbaycanlı tələbə Elmina Ağayevanı (dostları onu Elli adlandırır) saxlayıblar. Universitet rəsmilərinin sözlərinə görə, agentlər özlərini polis zabiti kimi təqdim edərək, order olmadan yaşayış binasına daxil olublar. ABŞ Daxili Təhlükəsizlik Departamenti isə həbsin qanuni olduğunu iddia edib. Məsələ birbaşa Məmdani ilə Tramp arasında müzakirə olunub. Müzakirədən sonra tələbə sərbəst buraxılıb.
Elmina sərbəst buraxıldıqdan sonra İnstaqram səhifəsində post paylaşıb:
“Sağ-salamat və təhlükəsizəm. Baş verənlərdən tamamilə şoka düşmüşəm və hər şeyi anlamaq üçün vaxta ehtiyacım var”.
Qeyd edək ki, politologiya və neyrobiologiya üzrə təhsil alan Ağayevanın tələbə vizası 2016-cı ildə ləğv edilib.
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı
- Baş nazir bu rəhbər şəxsləri topladı - İclas
- Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli
- Şamaxıda güclü zəlzələ: xəsarət alan var?
- AMEA-da yatanlarla, plagiatlarla hara gedirik? - Sabiq deputat
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır