Ermənistan parlamentinin sədri Alen Simonyan erməni ordusunun 110 kvadrat kilometrlik Azərbaycan ərazisinə nəzarət etdiyini açıqlayıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, “Sputnik Ermənistan” bununla bağlı spikerə sorğu göndərib.
Sorğuya parlamentin sədri tərəfindən belə cavab verilib:
“Dəqiqləşdirmək üçün Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları ilə əlaqə saxlaya bilərsiniz”.
Simonyan “ArmComedy” podkastında Ermənistanın bəzi istiqamətlərdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisinə nəzarət etdiyini deyib:
“Onların 110 kvadrat kilometrlik ərazisindəyik. Təxminən. Heç kim millimetrlərə qədər konkret rəqəm deyə bilməz. Təxmini deyirəm. Rəsmi olaraq söyləyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var”.
Xatırladaq ki, Ermənistanın Azərbaycana qaytarmalı olduğu anklav kəndlər var. Söhbət Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlıdan gedir.
- Sumqayıtda partlayış: xəsarət alanlar var
- Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
- Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!
- Türkiyə Jandarm Komandanlığı Azərbaycanı təbrik etdi
- Bu gün Azərbaycanda Qədr gecəsidir
- Vatsapdan azyaşlılarla bağlı yenilik
- Özbəkistanlı ekstrasens Azərbaycandan çıxarıldı
- İrandan təxliyə prosesi davam edir