Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Tarix: Siyasət

ABŞ siyasətində hakimiyyət - Ağ Ev hər hansı ciddi siyasi addım atmamışdan qabaq ictimayyəti buna hazırlayır.

BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Kamran Cəfərov İran ətrafında baş verən proseslərlə bağlı qeyd edib.

O, buna misal olaraq Venesuelada əməliyyatdan öncə daxili və xarici ictimai rəyin formalaşması üçün aparılan təbliğatı göstərib:

“Senator Lindsi Qrehem yazır: “Ayətullahlar, anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək. İranda dəyişikliklər yaxınlaşır. Bu, Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq, nasist rejim devriləcək. İran xalqı, yardım artıq yoldadır”.

Bilirik ki, Tramp və onun komandası diplomatik etikadan uzaqdır, amma hətta onlar üçün də ritorikada radikallığın qırmızı xətləri var. Senator Qrehem isə bu gün Ağ Evin açıq deyə bilmədiyi ən radikal fikirlərin ruporu rolunu oynayır və söhbət təkcə Qremdən getmir, respublikaçılar (qəzetlər, siyasətçilər, şərhçilər və s) ictimayyəti ABŞ-ın İran molla rejiminə qarşı hərbi əməliyyatlara hazırlayır, bu danılmazıdır və bunu görməmək mümkün deyil.

22 iyun 2025-ci ildə ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbə endirəndən öncə respublikaçıların İrana qarşı gedən təbliğatının gücü və aqressivliyi bugünkü təbliğatın gücünün heç 30%-də təşkil etmirdi. Görünür, böyük fırtına yaxınlaşır”.