Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 22:30) nəzərdə tutulub.
Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
ABŞ Prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.
Azərbaycan Prezidentinin görüşlərini bu linklərdən canlı izləmək olar.
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi