ABŞ ordusu Zəngəzur dəhlizinə nəzarət üçün “özəl təhlükəsizlik şirkəti” şəklində Ermənistana daxil olsa, ölkə həm Amerika, həm də Rusiya hərbçilərinin eyni vaxtda ola biləcəyi nadir yerlərdən biri olacaq.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Əslində, Ermənistan Suriyadan sonra oxşar vəziyyətin yarana biləcəyi ikinci yerə çevrilir. Nəticədə, Ermənistan suverenliyi şübhəli, təhlükəsizlik sistemi aydın olmayan əraziyə çevrilir. Sadə dillə desək, taleyini supergüclər arasında münasibətlər müəyyən edən mübahisəli zonaya... Bura hələ ya özünün regional təhlükəsizlik sistemini qurmağa cəhd etməyən, ya da ondan əl çəkib hərbi qarşıdurmaya girməyən İran daxil deyil”, - ekspert bildirib.
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto