6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib.
Bildirilir ki, hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.
Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.
“Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur”, - məlumatda qeyd olunub.
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto