Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın bugünkü açıqlaması dəhlizin açılacağı ilə bağlı heç bir şübhə yeri qoymayıb:
“Bundan əvvəl autsorsinqdən söhbət gedirdisə, indi bu, dövriyyəyə buraxılır: icarə, lizinq, tikinti hüquqları... Və onun dediyi kimi, başqa məna ifadə edə biləcək digər nüanslar. Baqdasaryanın sözlərindən belə çıxır ki, (Qərbi Zəngəzurdan keçəcək) dəmir yolu, boru kəməri və elektrik xətlərinin idarəçiliyi kənar bir şirkətə verilə bilər. Başqa sözlə, artıq aydındır ki, Zəngəzur dəhlizinə minlərlə ad qoya bilərlər, amma fakt birdir: təhvil verilir”.
Mənbənin fikrincə, Paşinyanın sözçüsünün açıqlaması dəhlizin təhvil veriləcəyinin rəsmi anonsudur.
N.Baqdasaryan bundan əvvəl dəhlizə nəzarətin xarici şirkətə verilməsi ilə bağlı KİV-lərdə yayılan iddianı şərh edərkən söyləmişdi ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç vaxt və heç kimə verilə bilməz, amma avtomobil və dəmir yollarının, eləcə də digər infrastrukturun istismar və idarəçiliyi özəl şirkətlərə həvalə oluna bilər: “Bu, uzun illərdir tətbiq edilən normal bir praktikadır.
Xatırladaq ki, daha öncə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak bəyan etmişdi ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Diplomat vurğulamışdı ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır