Bakı-Moskva arasında münasibətlərdə gərginliyin artdığı bir dövrdə, Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsinin yüksəlməsi və Azərbaycanda Rusiyaya bağlı təsir şəbəkəsinin zəifləməsi barədə yeni detallar gündəmə gəlib. Belə ki, “Day.az” saytında həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı açıqlanıb.
Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov da oxşar aqibətlə üzləşib.
Məsələ ilə bağlı Globalinfo.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb. O, deyilənləri təkzib edib:
“Barəmdə deyilənlər olduqca gülməli və reallıqdan uzaqdır. Onlar belə “məlumat” yaymaqla bir növ mənim reklamımı aparır, mediada unudulmağımın qarşısını alırlar. Görünür, kiminsə sifarişi əsasında vəzifədən çıxanları hədəfə gətirirlər. Səbəbi isə yalnız özləri bilər”.
Elmar Məmmədyarov deyib ki, bir adamı ittiham edən zaman mütləq əldə sübut olmalıdır:
“Belə bir şayiə yayan adamlar sübut etsinlər ki, mən hansısa ölkənin agentiyəm. Dəfələrlə sizə müsahibə vermişəm. Hətta AZAL-ın təyyarəsinin vurulması ilə bağlı açıqlamamda demişəm ki, Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verməlidir. Agent belə təklif irəli sürər? Agentəmsə, malalayaram, söhbət bitər. Nəsə fikir bildirəndə deyirlər ki, ölkədə azad mətbuat yoxdur. Bu da azad mətbuat – haqqımda istədiklərini yazsınlar. Kimin ağlına nə gəlir, onu da dərc edir”.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü