Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək və yeni zirvələrə çatacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü və ölkənin Yaponiya işğalından azad edilməsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib, ikitərəfli əməkdaşlıq üçün mühüm bazaya çevrilib.
“Biz yüksək səviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması və təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər həyata keçirmişik. Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib”, - polkovnik vurğulayıb.
Sun Çjun qeyd edib ki, son vaxtlar Çin Xalq Respublikasının sədri Si Szinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək.
“Hərbi attaşe kimi mən tam əminəm ki, iki ölkə liderlərinin rəhbərliyi altında və tərəflərin birgə səyləri ilə Çin-Azərbaycan hərbi əməkdaşlığı daha da möhtəşəm nəticələr əldə edəcək”, - o əlavə edib.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü