İranın bəzi siyasətçiləri yenidən “qırmızı xətlər”dən danışmağa başlayıb. NATO-nun Zəngəzur dəhlizinə münasibəti ilə bağlı da müxtəlif versiyalar irəli sürülür. Guya bu dəhliz vasitəsilə NATO regiona müdaxilə edə bilər. Amma NATO üçün Zəngəzur dəhlizi vacib deyil. NATO istəsə, Ermənistanın ortasından da keçər. Alternativ marşrutlar yetərincədir. Bunların əsas narahatlığı Azərbaycanın öz ərazisi olan Naxçıvanla birləşməsidir. Onlar həmin əlaqəni hər fürsətdə pozmağa çalışırlar.
Bu fikirləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli İranın dini liderinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinə yönəlik ardıcıl açıqlamalarını şərh edərkən deyib.
“Onun sözlərini nə siyasi, nə diplomatik, nə də geosiyasi cəhətdən əsaslandırılmış fikir hesab edirəm. Bunların hamısını saxta, Azərbaycana qarşı yönəlmiş iddialar sayıram. İranda bir qrupun Azərbaycana olan kini bitmək bilmir. Biz onlara böyük perspektiv açmışıq – ərazimizdən yol veririk, dəmir yolu veririk, amma onlar Azərbaycana qarşı tarixi ədalətsiz mövqelərini dəyişmək istəmirlər”, - o bildirib.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü