Ötən il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudaları Fuad Quliyev və Əsəd Şirinova vəzifə verdiyi haqda məlumat yayılmışdı. Məlumat ictimailəşdikdən sonra isə elan edildi ki, iki ildən artıqdır yüksək vəzifə tutan qudalar istefa veriblər.
Bakupost.az xəbər verir ki, Z.Mikayılovun özünə müşavir elədiyi qudası Əsəd Əli oğlu Şirinovun istefaya getdiyi, Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər qudası Fuad Eldar oğlu Quliyevin təyinatının isə “müvəqqəti olaraq” dayandırıldğı bildirildi.
Hazırda isə istefaya gedən və təyinatı “müvəqqəti dayandırılan” qudaların öz vəzifələrində çalışmağa davam etdikləri üzə çıxıb. Bəlli olub ki, Fuad Quliyev Aparat rəhbəri, Əsəd Şirinov isə müşavir vəzifəsini davam etdirirlər və onların bu vəzifələri daşıdıqları ADSEA-nın rəsmi saytında da əks olunub (skrinləri təqdim edirik).
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü