Zəngəzur dəhlizinə qarşı İranın radikal kəsimi və SEPAH-a bağlı media qrupunun antitəbliğatı davam edir.
BUTA.TV xəbər verir ki, “Sepah Pasdaran” Teleqram kanalı Zəngəzur dəhlizi layihəsini “İran və Rusiyanı mühasirəyə alan tələ” adlandırıb.
“Vilayəti (İran dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti - red.) deyib ki, bu layihə əslində regional inteqrasiyaya, iqtisadi sabitliyə, xalqın rifahına yönəlməyib, əksinə, İranı, Rusiyanı, Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaq məqsədi ilə planlaşdırılıb.
Vilayəti dolayısı ilə xəbərdarlıq edib ki, Tehran bu təhlükəyə təkcə sözlə deyil, həm də əməli ilə cavab verir:
- İran öz “qırmızı xəttini” nümayiş etdirərək sərhədlərə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirib.
- Passiv və müşahidəçi siyasət erası bitdi - İran indi qabaqlayıcı və aktiv strategiya yürüdür.
Bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır”, - nəşr yazıb.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü