İran Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Oman körfəzində “USS Fitzgerald”a müdaxilə edərək, xəbərdarlıq siqnalları verib və nəticədə Amerika gəmisini cənub istiqamətini dəyişməyə məcbur edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Press TV xəbər verir ki, helikopter esminesin üzərində uçub və İranın nəzarətində olan sulardan uzaq durmaq üçün açıq xəbərdarlıq edib. “USS Fitzgerald”ın ekipajı isə helikopterə hücum edəcəyi ilə hədələyib. Daha sonra İran Hava Hücumundan Müdafiə Komandanlığı müdaxilə edərək, helikopterin hava hücumundan müdafiə altında olduğunu bəyan edib və ABŞ esminesinə kursu dəyişməyi əmr edib.
ABŞ hərbi gəmisi mübahisəli bölgədən uzaqlaşaraq, cənuba doğru hərəkət edib.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı