İsrail Suriyada vətəndaş müharibəsini təzələmək və ölkənin keçid dövrü Prezidenti Əhməd əş-Şaranı devirmək planlarını həyata keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi yazıb.
Selvi qeyd edib ki, Türkiyə kəşfiyyatı bundan əvvəl Şaraya qarşı sui-qəsdin qarşısını alıb:
“İsrail Suriyada sabitliyi pozmaq istəyir. Təl-Əviv vətəndaş müharibəsini təzələməyə çalışır, məqsədi Əhməd əş-Şaranı devirməkdir”.
Onun fikrincə, İsrail Türkiyənin qonşu Suriyaya təsirindən məmnun deyil:
“PKK-nın qüvvələri tərk-silah olunsa, Türkiyənin Suriyada təsiri daha da artacaq. Məhz buna görə də İsrail cənubda druzları, şimalda isə PKK-nı təhrik edir. Suriya və Livanda təsir gücü olan Türkiyə ona lazım deyil. O, vətəndaş müharibəsinə başlamaq və Türkiyəni Suriyadan sıxışdırmaq istəyir”.
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?