Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə təcili səfəri AB rəhbərliyinin Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə baş tutan İrəvan-Bakı danışıqlarının təfərrüatını öyrənmək istəyi ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Paşinyan Brüsselə çağırılıb ki, Vaşinqton vasitəçiliyinin niyə belə tez nəticə verdiyini, o cümlədən Zəngəzur dəhlizi məsələsində əldə olunan razılaşmanı izah etsin, çünki AB-nin sözügedən istiqamətdə səyləri uzun müddətdir prosesi irəli apara bilmirdi. Səfər hətta Mülki Müqavilə Partiyasının bir çox üzvü üçün də gözlənilməz oldu - yalnız bir neçəsi bundan xəbərdar idi. Paşinyan Avropa Şurasının sədri Koşta, Avropa Komissiyasının sədri Leyen və Fransa Prezidenti Makronla görüşlərdə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün proqramı tamamlamağa söz verib. Press-relizlərdə antirusiya sazişlərinin mövcudluğu, xüsusən də xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizədə əməkdaşlıq təklifləri, habelə sanksiyalardan yayınmanın qarşısını almaq üçün atılan addımlara görə Paşinyana minnətdarlıqda ifadə edilir”, - mənbə bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı