Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.
BUTA TV APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.
İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğluZeynalov tərəfindən döyülüb.
Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.
Faktla bağlı araşdırma aparılır.
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək