Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Amerika Prezidenti Donald Trampın Astanaya 25% gömrük rüsumunun tətbiqi ilə bağlı bəyanatlarından sonra Ağ Ev rəhbərinə məktub göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məktubda Tokayev dialoqa hazır olduğunu təsdiqləyib və kompromis əldə olunacağına əminliyini bildirib.
“Qazaxıstan prezidenti ölkəmizin ticarət məsələlərinin rasional həllinin işlənib hazırlanması məqsədilə konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib. Tokayev ticarət məsələsində kompromis əldə olunacağına əmin olduğunu vurğulayıb”, - məlumatda qeyd edilib.
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək