Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına iş çatında mesaj göndərilərək saat 12:00-a qədər şəxsi heyət arasında azərbaycanlıların olub-olmaması barədə hesabat vermək tələb edilib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.
Həmçinin qeyd olunub ki, müvafiq cədvəl doldurulmalı və saat 14:00-a qədər təqdim edilməlidir.
Rusiyadan başqa narahatedici siqnallar da yayılıb. Belə ki, Moskvadakı tikinti şirkətlərində Azərbaycan vətəndaşı olan işçilərin yataqxanalardan çıxarılmasına başlanılıb.
Bütün bu addımlar Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının başladığını göstərir.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu