Rusiya İnsan Hüquqları Şurasının isahəsində beynəlxalq əməkdaşlıq daimi komissiyası Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması təklifi ilə Azərbaycan tərəfinə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb.
“Azərbaycan tərəfinə ikitərəfli münasibətlərdə gərginliyin azaldılması və Rusiya vətəndaşlarına qarşı insan hüquqlarının pozulmasının ədalətli araşdırılmasına şərait yaradılması təklifi ilə müraciət edirik”, - məlumatda qeyd olunub.
Komissiya həmçinin Azərbaycanın bütün maraqlı nazirlik və idarələrinə rusiyalı jurnalistlərin həbsdən azad olunmasına köməklik təklifi ilə müraciət edib.
Qeyd edək ki, polisin apardığı əməliyyat nəticəsində "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin direktoru İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu